İdman
hüququnun əhəmiyyəti
İdmançıların davranışlarını və
onlara nəzarət edən qurumları tənzimləyən sərt qanun-qaydalar olmasaydı, idman indiki qədər uğurlu və populyar olmazdı. Hər il ötən ildəkinə nisbətdə daha çox idman yarışları keçirilir və daha çox idmançı bu təbirlərə qoşulur, mükafatlar qazanır. Lakin bütün bu sadalanan proses boyu idman hüququnun əhəmiyyəti elə də nəzərə çarpmır. Üzdə olan simalar əksər hallarda idmançılar olduğu üçün bu işin hüquqi tərəfi hər zaman arxa planda qalır. Buna görə də idman hüququ anlayışı, idman və hüququn əlaqəsi insanlara ilk baxışdan yad gələ bilər.
İdman hüququ idmançılara iştirak
etdikləri müxtəlif yarışlarda bərabər imkanlar və seçimlər verilməsini təmin
edir. Onlara dini, irqi, boy və çəki amillərinə
görə ayrıseçkiliyin edilməsinə qarşı
çıxır. Hər bir kəs hər hansı bir idman növündə bacarığı və istedadı olduğu
müddətdə ədalətli fürsət əldə etmək hüququna malik olur. İstənilən idman
növündə yarışlarda məhdud yerlər olduğu üçün, seçim prosesi ədalətli olmalıdır.
Ədalətin olması isə müvafiq qanunlarla tənzimlənməlidir. Məsələn, dünyanın ən
məşhur idman növü olan futbol, “Beynəlxalq Futbol Assosiasiyasının İdarə
Heyəti” (The International Football Association Board) tərəfindən hazırlanmış
17 qaydaya əsasən bütün dünyada, ən ucqar kəndlərdən tutmuş Dünya
Çempionatınadək eyni qaydalarla oynanılır. Bu qaydalar sayəsində futbol
oyunları zamanı müəyyən praktika formalaşır ki, həmin praktikaya əsasən də həm
oyunçular, həm hakimlər, həm də tamaşaçılar oyun zamanı hadisələrin gedişatını
müəyyən etməkdə çətinlik çəkmirlər.
Ədalətli seçim və idmançıların
yarışlara qatılmaq prosesindən sonrakı mərhələ isə ədalətli qonorar
məsələsidir. Buna nəzarət edən bir qurum olmazsa, idmançılar öz rəhbərlərinin
(komanda sahibləri) mərhəmətinə qalarlar. İdman hüququ isə bunun baş verməsinə
mane olur. Ədalətli qonorar aldıqdan sonra, idmançılar da digər vergi
ödəyiciləri kimi vergi ödəməlidirlər. Vergi öhdəliklərini yerinə yetirmədikləri
halda, ölkələr hər il milyonlarla vergidən məhrum olar. Məsələn, dünyanın ən güclü
futbol liqalarından olan İspaniya çempionatında futbolçulardan 52%-dək vergi
tutulur. Eyni zamanda, oyunçular böyük miqdarda pullar qazanmaqla, bazarda
ədalətsiz üstünlük əldə edə bilərdilər. İdman hüququ həmçinin, oyunçuları
işsizlikdən də qoruyur. Tərəflər arasında bağlanan müqavilə idmançıların
səbəbsiz yerə işəgötürənlər tərəfindən işdən azad edilməsinin qarşısını alır. Bu, balans
yaratmaq və zərərli tətbiqlərin qarşısını almaq üçün nəzərdə tutulub.
Müqavilə tərəflərə bərabər imkanlar yaratmalı, oyunçuların müqavilənin
şərtlərini tam şəkildə yerinə yetirməsinə imkan verməlidir. Digər tərəfdən
oyunçular da müqavilənin şərtlərinə əməl etməyə borcludurlar. Eyni zamanda
işçilər iş zamanı xəsarət aldığı kimi, oyunçular da oyun müddətində
zədələnirlər. Belə anlarda oyunçuların
işəgötürənlər tərəfindən göstərilən səhiyyə xidmətlərindən istifadə etmək
hüququ vardır. Bunu biz əyani şəkildə oyun zamanı zədələnən oyunçu olduqda
meydana çıxan tibbi heyətin simasında görə bilirik. Bununla yanaşı, oyunçulara
zədədən qayıtdıqdan sonra oynamaq imkanları yaradılmalıdır. Bir oyunçu ağır
zədə səbəbindən oynaya bilmədiyi hallarda isə kompensasiya almaq hüququna
malikdir.
İdman hüququ həmçinin idmançıların
dopinq və narkotik vasitələrdən istifadə edərək yaxşı nəticələr qazanmasının da
qarşısını alır. Bunun üçün oyundan və ya yarışlardan dərhal sonra yaxşı
tərəfdən seçilən və yaxşı nəticələr qazanmış idmançılar dopinq testindən keçirilir. Bütün bunlara dair siyasət və qaydalar
tənzimləyici orqanların haqsız əməllərindən yayınmaq üçünxüsusi qanunlarla
yaxşı müəyyən edilmişdir. Bu yolla, idman hüququ hər addımda
mükəmməl yoxlama və tarazlıq sistemi yaradır.
Mənbə:
Hiç yorum yok:
Yorum Gönder